Sərbəst güləşçilərimiz dünya çempionatını 3 bürünclə başa vurublar - YENİLƏNİB

Xəbərlər
19 Avqust 2025 20:40
77
Sərbəst güləşçilərimiz dünya çempionatını 3 bürünclə başa vurublar - YENİLƏNİB

Bolqarıstanın Samokov şəhərində güləş üzrə U-20 dünya çempionatına növbəti gün arxada qalıb.

İdman.biz xəbər verir ki, mundialda sərbəst güləşçilərin çıxışı yekunlaşıb.

Bu gün daha iki güləşçimiz medal uğrunda yarışıb.

U20 dünya çempionatı
Sərbəst güləş
57 kq

Vasif Bağırov 3-cü yer uğrunda görüşdə İon Bulqaru (Moldova) ilə üz-üzə gəlib. 14:3 hesabı ilə güclü olan təmsilçimiz fəxri kürsüdə yer almağı bacarıb.

92 kq
Anar Cəfərli bütün medal uğrunda amerikalı Konnor Mirasola ilə qarşılaşıb. Güləşçimiz 0:10 hesabı ilə uduzub.

Qeyd edək ki, çempionatın ilk günündə Nurlan Ağazadə (70 kq) və Yusif Dursunov (125 kq) bürünc medala sahib çıxıb.

İdman.biz