Üç güləşçimiz Avropa çempionatının gümüş medalını qazanıb - FOTO

Xəbərlər
1 İyul 2025 21:05
58
Üç güləşçimiz Avropa çempionatının gümüş medalını qazanıb - FOTO

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı keçirilir.

İdman.biz xəbər verir ki, qitə birinciliyində ilk medalçılar bəlli olub.

Yunan-Roma güləşçilərinin mübarizəsində Azərbaycan yığması 3 medal qazanıb. Hər üç təmsilçimiz gümüşə sahib olub.

U-20 Avropa çempionatı
Yunan-Roma güləşi
5️5️ kq

Turan Daşdəmirov rusiyalı İvan Solominlə qarşılaşıb. Görüş 1:1 hesabı ilə başa çatsa da, keyfiyyətli xal hesabına rəqib idmançı qalib elan olunub.

6️3️ kq
Tural Əhmədovun həlledici görüşdəki İqor Punçenko (UWW) olub. 1:9 hesabl ilə uduzan güləşçimiz Avropa çempionatının gümüş mealına layiq görülüb.

7️7️ kq
Davud Məmmədov Anri Putkaradze (Gürcüstan) qarşılaşıb. O da həmkarlarını aqibətini yaşayıb. 1:3 hesabı ilə uduzan Davud fəxri kürsünün ikinci pilləsində yer alıb.

Qeyd edək ki, Avropa çempionatı iyulun 6-da başa çatacaq.

İdman.biz