Avropa çempionatı: Bir qızıl, üç gümüş şansı

Xəbərlər
1 İyul 2025 19:54
94
Avropa çempionatı: Bir qızıl, üç gümüş şansı

İtaliyanın Kaorle şəhərində güləş üzrə U-20 Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, qitə birinciliyinin ikinci günündə yunan-Roma güləşində daha 5 çəkidə yarışlar keçirilib.

Yarımfinala vəsiqə qazanan 4 güləşçimizdən yalnız biri finala yüksəlməyi bacarıb.

U20 Avropa çempionatı
Yunan-Roma güləşi
60 kq

Ayxan Cavadov isveçrəli Levin Mayerə (8:0), fransalı Lukas Qrassoya (9:1) və türkiyəli Ömər Altaşa (6:1) qalib gələrək yarımfinala yüksəliи. Ayxan yarımfinalda gürcüstanlı Vaxtanq Loluaya 4:1 ilə qalib gələrək, qızıl medal uğrunda yarışmaq hüququ əldə edib.

67 kq
Fəraim Mustafayev rumıniyalı Pavel Aleksey (1:1) və bolqarıstanlı Dimitar Georgiyevi (10:1) məğlub edərək, yarımfinala vəsiqə qazanıb. O, bu mərhələdə rusiyalı Mingiyan Qoryayevlə (UWW) uduzaraq, finaldan kənarda qalıb. Fərahim sabah bürün uğrunda güləcək.

72 kq
Seymur Qasımov ardıcıl olaraq finlandiyalı Oliver Padaya (12:0) və rusiyalı Tamerlan Taranuxanı (11:0) mübarizədən kənarlaşdıraraq, yarımfinalçı olub. Seymur bu mərhələdə uğurlu çıxışını davam etdirə bilməyərək, ermənistanlı Qaspar Terteryanla 1:5 hesabı ilə uduzub.

82 kq
Elmin Əliyev avstriyalı Noa Valderə (9:0), gürcüstanlı Tornike Çxikvadzeyə (7:1) və ermənistanlı Martik Petrosyana (7:4) qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda rusiyalı Mixail Şkarinə (UWW) 1:4 hesabı ilə uduzan Elmin sabah bürünc uğrunda yarışacaq.

97 kq
İslam Rzayev təsnifat mərhələsində rusiyalı Saypula Qadjimaqomedova (UWW) 2:10 hesabıyla məğlub olub+.