Güləşçilərimiz Türkiyədə 6 medal qazanıblar

Xəbərlər
28 İyun 2025 01:19
57
Güləşçilərimiz Türkiyədə 6 medal qazanıblar

Türkiyənin Kocaeli şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirə turniri keçirilir.

İdman.biz xəbər verir ki, ənənəvi yarışın ikinci günündə yunan-Roma və qadın güləşi üzrə mübarizəyə yekun vurulub.

Xalçaya çıxan 7 təmsilçimizdən 6-sı fəxri kürsüyə qalxıb. Yunan-Roma güləşində Nihad Quluzadə (60 kq) və Məhəmməd Şükürzadə (67 kq) gümüş, Laçın Vəliyev (87 kq) isə bürünc medal qazanıb. Qadın güləşində isə Elnurə Məmmədova (53 kq) gümüş, Nərgiz Səmədovayla (53 kq) Birgül Soltanova (62 kq) isə bürünc medala sahib çıxıb.

Qeyd edək ki, ilk yarış günündə Əsmər Cankurtaran (50 kq) və Gültəkin Şirinova (55 kq) beşinci yerlə kifayətlənib. Turnirin son 2 günündə sərbəst güləş üzrə mübarizə baş tutacaq.

İdman.biz