Avropa çempionu olan Azərbaycan güləşçiləri Vətənə dönüblər

Xəbərlər
27 İyun 2025 21:35
56
Avropa çempionu olan Azərbaycan güləşçiləri Vətənə dönüblər

İtaliyada təşkil olunan U15 Avropa çempionatında uğurlu çıxış edən sərbəst güləş üzrə Azərbaycan yığması Vətənə dönüb.

İdman.biz xəbə verir ki, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında güləşçilərimizi yaxınları və media nümayəndələri qarşılayıblar.

Millimiz Avropa çempionatında 2 qızıl, 4 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında birinci yeri tutub. Komandamızın heyətində Hüseyn Rzazadə (41 kq) və Elgün Kərimli (85 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıblar. Cavanşir Süleymanov (38 kq), İbrahim Həsənov (44 kq), Əkbər Əsgərov (48 kq), Məhəmməd Həsənli (62 kq) gümüş, Xəyal Şükürlü (68 kq) isə bürünc medal qazanıb.

Qeyd edək ki, U-15 yığmamız tarixində ikinci də Avropa çempionu olub.

İdman.biz