UWW Həsrət Cəfərovu dünya çempionatının favoritlərindən biri kimi görür – FOTO

Xəbərlər
20 May 2025 18:18
50
UWW Həsrət Cəfərovu dünya çempionatının favoritlərindən biri kimi görür – FOTO

Dünya Güləş Birliyi (UWW) qitə çempionatlarının nəticələrini ümumiləşdirərək dünya çempionatı ilə bağlı proqnozlarını açıqlayıb.

İdman.biz xəbər verir ki, qurum qarşıdan gələn yunan-Roma güləşi üzrə dünya çempionatında qüvvələr nisbəti ilə bağlı paylaşım edib.

Belə ki, 67 kq çəki dərəcəsində bu il qitə çempionatlarının qalibləri təqdim olunub və onların sırasında Azərbaycan təmsilçisi Həsrət Cəfərov da yer alıb.

UWW paylaşımında bu çəkidə kimin qalib gələcəyini sorğulayıb və dörd əsas idmançını göstərib:
Avropa çempionu Həsrət Cəfərov (Azərbaycan),
Asiya çempionu Səid İsmaili (İran),
Afrika çempionu Məhəmməd Abdulrahim (Misir),
Panamerika çempionu Luis Orta Sançes (Kuba).

Qeyd edək ki, güləş üzrə dünya çempionatı sentyabrın 13-21-də Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçiriləcək.

İdman.biz