Azərbaycan güləşçisi Kaspiyskdə bürünc medal qazanıb

Xəbərlər
18 May 2025 21:35
48
Azərbaycan güləşçisi Kaspiyskdə bürünc medal qazanıb

Rusiyanın Kaspiysk şəhərində sərbəst güləş üzrə 5 qat dünya çempionu Əli Əliyevin xatirə turniri keçirilir.

İdman.biz xəbər verir ki, 55-ci dəfə keçirilən Memorialda bu gün 57, 65, 74, 86 və 97 kq-da medalçılar müəyyənləşib.

Milli komandanın üzvü Musa Ağayev (65 kq) ənənəvi yarışda bürünc medal qazanıb.

Sabah 61, 70, 79, 92 və 125 kq-da qaliblərin adlarına aydınlıq gələcək.

İdman.biz