Fərid Sadıxlı: “Düzgün taktika qura bilmədiyim üçün finala çıxa bilmədim”

Müsahibə
30 Oktyabr 2023 13:41
199
Fərid Sadıxlı: “Düzgün taktika qura bilmədiyim üçün finala çıxa bilmədim”

“Dünya çempionatında çıxışımdan tam razı qalmadım. Səhvlərim çox olduğundan bürünc medal qazana bildim”.

Bunu İdman.biz saytına Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatı bürünc medal qazanan Fərid Sadıxlı deyib.

55 kq-da çıxış edən yığma üzvü bildirib ki, nəticəsi daha yaxşı ola bilərdi. Amma yarımfinalda buraxdığı səhvlər buna imkan verməyib: “Ən çətin döyüşüm yarımfinalda gürcüstanlı Georgi Tokadzeyə qarşı oldu. Düzgün taktika qura bilmədiyim üçün finala çıxa bilmədim. Yarımfinala tam hazır olsam da, uduzmağım məni çox məyus etdi. Öz yaş qrupumda Avropa çempionuyam. Təəssüf ki, dünya çempionu ola bilmədim. Səhvlərimin üstündə işləyib, mundialın qalibi olmağa çalışacağam”.

Qeyd edək ki, Fərid 3-cü yer uğrunda görüşdə Mihai Florinə (Rumıniya) 10:0 hesabı ilə hesabı ilə qalib gəlib.

Emin Ağa

İdman.biz