Rusiyanın Vladiqafqaz şəhərində sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.
İdman.biz xəbər verir ki, “Xadartsov qardaşları kuboku” adlanan yarışda iki bahadrımız fərqlənib.
Məşqçi Əşrəf Əliyevin rəhbərliyi altında milli komandanın üzvlərindən İslam Bazarqanov (57 kq) və Ağanəzər Novruzov (74 kq) fəxri kürsüdə yer alıb. Hər iki güləşçimiz gümüş medal qazanıb.
Qeyd edək ki, turnirdə I dərəcəli hakim Elman İsmayılov ədaləti qoruyub.
İdman.biz