İspaniyanın Pontevedra şəhərində keçirilən güləş üzrə U-20 dünya çempionatı davam edir.
İdman.biz xəbər verir ki, yarışın 6-cı günündə növbəti sərbəst güləşçilər mübarizəyə qoşulublar.
Azərbaycanın 5 güləşçisi ilk görüşünə çıxıb.
U-20 dünya çempionatı
Sərbəst güləş
Təsnifat mərhələsi
61 kq
Camal Abbasovun əvvəlcə çinli Denqburile Denqburili, daha sonra isə braziliyalı Benjamin Souzanı 10:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Burda Markus Qlennə (ABŞ) uduzan Camal bürünc medal uğrunda güləşmək şansından da kənarda qalıb.
74 kq
Ağanəzər Novruzov əvvəlcə fransalı Seyfulla İtayevə, sonra isə çinli Ninq Vanqa qalib gələrək 1/4 finala vəsiqə qazanıb. Burda qazaxıstanlı Yeqor Ancugini 7:3 hesabı ilə məğlub edən Novruzov yarımfinalda çıxış etmək şansı qazanıb. Ağanəzərin finala gedən yolda Ladarion Artezə (ABŞ) uduzub.
86 kq
Sadiq Mustafazadənin ilk görüşdə Aleksandru Borşa (Rumıniya) uduzaraq mübarizəni dayandırıb.
92 kq
Anar Cəfərli ilk görüşündə Nikita Qobaretsi 10:0 hesabı ilə məğlub edib. O daha sonra Sali Yusrefova 3:5 hesabı ilə uduzub. Rəqib finala yüksələrsə Anar bürünc uğrunda təsəlliverici görüşə çıxacaq.
125 kq
Ən ağırların mübarizəsində çıxış edən Yusif Dursunov ilk görüşündə Aleksandre Abranişvilidən (Gürcüstan) üstün olub. Yusif 1/8 finalda ermənistanlı Çakhatur Çakhaturyanı yolundan kənarlaşdırıb. Dursunov 1/4 finalda Hakan Büyükcingilə (Türkiyə) uduzub. Rəqib yarımfinalda uduzduğundan Yusif bürünc şansını itirib.
Qeyd edək ki, Azərbaycan yığması mundialda 1 gümüş, 2 bürünc medal qazanıb. Yunan-Roma güləşçilərinin mübarizəsində Cocu Səmədov (87 kq) gümüş, Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib. Nərgiz Səmədova (55 kq) da yarışı üçüncü olaraq tamamlayıb. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.
İdman.biz