Rövşən Umudov: “Qadın güləşinə axın çox azdır”

Xəbərlər
27 Avqust 2024 12:12
748
Rövşən Umudov: “Qadın güləşinə axın çox azdır”

“Dünya çempionatı olduqca maraqlı və gərgin keçdi”.

Bunu İdman.bizə yunan-Roma güləşi üzrə Azərbaycanın U-17 millisinin böyük məşqçisi Rövşən Umudov deyib.

O, İordaniyanın paytaxtı Ammanda keçirilən dünya çempionatında komandasının çıxışını dəyərləndirib. Gənc mütəxəssisin sözlərinə görə, 6 çəkidə mübarizə apardığımız mundailda komanda hesabında 6-cı olmağımız yaxşı göstəricidir: “Amma qadın güləşinə olan axın çox azdır. Əlimizdə olan idmançılarla maksimum nəticə əldə etmək istəyirik. Sadəcə, bu da hər zaman alınmır. Çünki əvəzedicilər yox səviyyəsindədir”.

Qeyd edək ki, dünya çempionatında 3 bürünc medal qazanan millimiz mükafat sayında son 9 ilin ən yaxşı nəticəsinə imza atıb.

Banuçiçək Hüseynli
İdman.biz