Yığma günü iki gümüş medalla başa vurdu

Xəbərlər
24 Sentyabr 2023 21:56
111
Yığma günü iki gümüş medalla başa vurdu

Güləş yığmamız Belqradda keçirilən dünya çempionatında daha bir gümüş qazanıb.

İdman.biz saytı xəbər verir ki, Həsrət Cəfərov (67 kq) finalda məğlub olub.

O, kubalı Luis Sançesə uduzub. Çempionatı ikinci pillədə başa vuran Həsrət Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanıb.

87 kq çəki dərəcəsində mübarizə aparan İslam Abbasov bürünc görüşünə çıxıb. Təmsilçimiz bolqarıstanlı Semyon Novikova məğlub olub. Buna baxmayaraq, İslam Olimpiadaya lisenziya qazanmaq şansını saxlayır. O, son görüşdə qələbə qazanacağı təqdirdə bu hüququ əldə edəcək.

Qeyd edək ki, yunan-Roma güləşçilərimiz dünya çempionatında 5 medal qazanıblar. Eldəniz Əzizli (55 kq), Rafiq Hüseynov (82 kq) qızıl, Murad Məmmədov (63), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq) isə gümüş əldə ediblər.

-------

20:56

Murad Məmmədov (63 kq) Serbiyanın paytaxtı Belqradda keçirilən dünya çempionatında gümüş medal qazanıb.
İdman.biz-in məlumatına görə, azərbaycanlı güləşçi finalda gürcü həmkarına uduzub.

Leri Abuladze ilə görüş 2:2 hesabı ilə yekunlaşıb və sonuncu xalı rəqib idmançı qazandığına görə, qalib elan edilib.

İdman.biz