Sərbəst güləşçilərimizdən 1 qızıl və 1 gümüş

Xəbərlər
6 İyul 2024 22:04
343
Sərbəst güləşçilərimizdən 1 qızıl və 1 gümüş

Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatında sərbəst güləşçilərin mübarizəsində ilk qaliblər bəlli olub.

İdman.biz xəbər verir ki, 2 güləşçimiz yarımfinalda mübarizə aparıb.

Vasif Bağırov (57 kq) finalda Lev Pavlovla (AIN) güləşib. Təmsilçimiz 6:3 hesabı ilə uduzaraq, gümüş medala sahib çıxıb.

Xetaq Karsanov (97 kq) Avropa çempionatının həlledici görüşündə Şaxman Nuxayevlə (AİN) qarşılaşıb. Gərgən keçən qarşılaşmada güləşçimiz 5:4 hesabı ilə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsində yer alıb.

Qeyd edək ki, sabah daha 3 güləşçimiz finalda yarışacaq.

İdman.biz