Avropa çempionatında fəxri kürsüdə - Azərbaycan millisi

Xəbərlər
4 İyul 2024 10:31
135
Avropa çempionatında fəxri kürsüdə - Azərbaycan millisi

U-20 Avropa çempionatında yunan-Roma güləşi üzrə mübarizə başa çatıb.

İdman.biz xəbər verir ki, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında qitə birinciliyinə yollanan millimiz 4 medal qazanıb.

İsmayıl Rzayev (82 kq) gümüş, Tural Əhmədov (60 kq), Məhəmməd Şükürzadə (63 kq) və Ruslan Nurullayev (72 kq) bürünc medal əldə edib.

Yekunda 9️3 xal toplayan yığmamız komanda hesabında 3️-cü yeri tutub.

Türkiyə (123) birinci, Gürcüstan (116) isə ikinci olub.

İdman.biz

Məqalədə: