Avropa çempionatı: 2 qızıl, 1 bürünc şansı

Xəbərlər
28 İyun 2024 19:37
133
Avropa çempionatı: 2 qızıl, 1 bürünc şansı

Serbiyanın Novi Sad şəhərində keçirilən güləş üzrə U-17 Avropa çempionatında sərbəst güləşçilər mübarizəyə qoşulub.

İdman.biz xəbər verir ki, Azərbaycan 3 güləşçisi finala yüksəlmək şansı qazanıb.

48 kq çəki dərəcəsində yarışan Hacıhüseyn Hüseynov türkiyəli Eren Yalçınla qarşılaşıb. Görüş rəqib idmançının 6:0 hesablı qələbəsi ilə başa çatıb. Hacıhüseyn bürünc uğrunda mübarizə aparacaq.

İsa Yusibov (65 kq) yarımfinalda Rati Revazaşvili (Gürcüstan) ilə qüvvəsini sınayıb. 10:4 hesabı ilə qalib gələn təmsilçimiz finala vəsiqə qazanıb.

Muxamad Qantemirov (110 kq) yarımfinalda Uğur İrtegünlə (Türkiyə) üz-üzə gəlib. Gərgin mübarizədə 8:7 üstün olan güləşçimiz adını finala yazdırıb.

Qeyd edək ki, həlledici görüşlər sabah baş tutacaq.

İdman.biz