Məmmədli və Qənizadə dünya çempionatının 1/4 finalında məğlub olublar

Xəbərlər
22 Sentyabr 2023 16:50
114
Məmmədli və Qənizadə dünya çempionatının 1/4 finalında məğlub olublar

Belqradda keçirilən güləş üzrə lisenziyalı dünya çempionatında Azərbaycan yunan-Roma güləşçiləri Nihad Məmmədli (60 kq) və Ülvi Qənizadə (72 kq) 1/4 finalda məğlub olublar.

İdman.biz-in məlumatına görə, olimpiya kateqoriyasında mübarizə aparan Nihat Məmmədli (60 kq) iki görüşdə Rod De Armas (Kuba) və italiyalı Yakop Sandronu məğlub edərək qalib gəlib, amma 1/4 finalda uduzub.

Qeyri-olimpiya çəkisində Ülvi Qənizadə (72 kq) norveçli Havard Yorgenseni məğlub etsə də, sonra Yaponiya təmsilçisi Şinqu Haradiyə uduzub.

Proqramın axşam hissəsində Azərbaycan “klassikləri” üç final keçirəcək.

Olimpiya lisenziyasının sahibi Sənan Süleymanov (77 kq) Qırğızıstanlı Akjol Mahmudovla mübarizə aparacaq.

İkiqat dünya çempionu Eldəniz Əzizli (55 kq) gürcüstanlı Nuqzari Tsurtsumiya ilə görüşəcək.

Rafiq Hüseynov (82 kq) döşək üzərinə Əlireza Moxmadipianiyə (İran) qarşı çıxacaq.

--------

15:54

Belqradda keçirilən güləş üzrə lisenziyalı dünya çempionatında Azərbaycan yunan-Roma güləşçiləri Nihad Məmmədli (60 kq) və Ülvi Qənizadə (72 kq) 1/4 finala yüksəlib.

İdman.biz-in məlumatına görə, Olimpiya kateqoriyasında mübarizə aparan Nihat Məmmədli (60 kq) açılış görüşündə Rod De Arması (Kuba), daha sonra italiyalı Yakop Sandronu məğlub edərək adını 1/4 finala yazdırıb.

Qeyri-olimpiya çəkisində Ülvi Qənizadə (72 kq) ikinci raunddan çıxışına başlayaraq norveçli Havard Yorgenseni məğlub edərək, 1/4 finalçılar arasında yerini təmin edib.

Arif Niftullayev (97 kq) ilk mərhələdə litvalı Mindauqas Venkaitisə uduzub.

Proqramın axşam hissəsində Azərbaycan “klassikləri” üç final keçirəcək.

Olimpiya lisenziyasının sahibi Sənan Süleymanov (77 kq) Qırğızıstanlı Akjol Mahmudovla mübarizə aparacaq.

İkiqat dünya çempionu Eldəniz Əzizli (55 kq) gürcüstanlı Nuqzari Tsurtsumiya ilə görüşəcək.

Rafiq Hüseynov (82 kq) döşək üzərinə Əlireza Moxmadipianiyə (İran) qarşı çıxacaq.

Nicat Zəkiyev

İdman.biz