Azərbaycan güləşçisi çempion olub - FOTO

Xəbərlər
18 İyun 2024 21:31
840
Azərbaycan güləşçisi çempion olub - FOTO

Tatarıstanın paytaxtı Kazan şəhərində "BRICS Sports Games Kazan 2024" beynəlxalq multi-idman oyunları davam edir.

İdman.biz xəbər verir ki, sərbəst güləşçimiz Hacımurad Maqomedsəyidov (97 kq) qızıl medal qazanıb.

Murad Haqverdiyev (65 kq) və Orxan Abasov (79 kq) isə finalda uduzaraq, fəxri kürsünün 2-ci pilləsində yer alıblar.

Sərbəst güləş yığmamızın bu gün daha 3 medal qazanıb. Komandanın heyətində Şamil Zubairov (92 kq) gümüş, Ceyhun Allahverdiyev (61 kq) və Cəbrayıl Qadjiyev (74 kq) bürünc əldə edib.

Azərbaycan idmançılarının oyunlarda qazandığı medalların sayı 9-a çatıb (2 qızıl, 3 gümüş və 4 bürünc medal).

Qeyd edək ki, iyunun 11-də start verilən yarışda karateçimiz Mədinə Sadıqova (55 kq) bütün rəqiblərinə qalib gələrək oyunların qalibi olub. Avarçəkənimiz Bəhmən Nəsiri və samboçumuz Rəsul Aydəmirov (98 kq) isə bürünc medala sahib olublar.

İdman.biz

Məqalədə: