7 sərbəst güləşçimiz Varşavada

Xəbərlər
13 İyun 2024 19:31
105
7 sərbəst güləşçimiz Varşavada

İyunun 19-dan 23-dək Polşanın paytaxtı Varşavada güləş üzrə beynəlxalq turnir keçiriləcək.

İdman.biz xəbər verir ki, yığmamız turnirdə 7 sərbəst güləşçi ilə təmsil olunacaq.

Ənənəvi yarışda ölkəmizin şərəfini Əli Rəhimzadə (65 kq), Zirəddin Bayramov, Sabir Cəfərov (hər ikisi 70 kq), Əşrəf Aşırov (79 kq), Osman Nurmaqomedov, Arseniy Djioyev (hər iksi 86 kq), Abubakar Abakarov (92 kq) qoruyacaqlar. Sərbəst güləş üzrə yarışlar iyunun 22-23-də keçiriləcək.

Qeyd edək ki, turnirdə II dərəcəli beynəlxalq hakim Elgün Məmmədov ədaləti qoruyacaq.

İdman.biz