Asif Şirəliyev Paris-2024-də hakimlik edəcək – SON DƏQİQƏ

Xəbərlər
30 May 2024 14:21
653
Asif Şirəliyev Paris-2024-də hakimlik edəcək – SON DƏQİQƏ

Azərbaycan güləş hakimliyi növbəti uğuruna imza atıb.

İdman.biz xəbər verir ki, ölkəmiz növbəti dəfə hakimlərin timsalında da Olimpiadada təmsil olunacaq.

I-S kateqoriyalı referi Asif Şirəliyev ikinci dəfə Olimpiya Oyunlarında ədaləti qoruyacaq. İlk dəfə Tokio-2020-də debüt edən 43 yaşlı hakim bu dəfə Paris-2024-də görüşləri idarə edəcək. Dünya Güləş Birliyi (UWW) geridə qalan yarışlarda idarəçiliyi qiymətləndirərək həmyerlimizə məsul yarışda etimad göstərib.

Qeyd edək ki, ümumilikdə 39 referi qarşıdan gələn Olimpiadada iş başında olacaq.

İdman.biz