Maqomedov: “Finalda bir-birimiz üçün sürprizik”

Xəbərlər
18 Sentyabr 2023 21:30
108
Maqomedov: “Finalda bir-birimiz üçün sürprizik”

Maqomedxan Maqomedov (97 kq) Belqradda keçirilən dünya çempionatında Olimpiadaya ilk lisenziya əldə edən güləşçimiz olub.

İdman.biz saytı xəbər verir ki , güləşçi Serbiya, Türkiyə, Almaniya və Gürcüstan güləşçilərinə qalib gələrək finala yüksəlib.

Bu uğur 97 kq-da ölkəmizə olimpiya lisenziyası qazandırıb. Maqomedxan Maqomedov bununla bağlı təəssüratlarını Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətiylə bölüşüb: “Neçə ildi məşqlər edirdik, hazırlaşırdıq. Bu yerdə olmağıma görə atama təşəkkür edirəm. Azərbaycana, federasiya rəhbərliyinə, məşqçilər heyətinə minnətdarlığımı bildirirəm. Bu gün Allah bizim tərəfimizdə idi. Daha öncə Gürcüstan güləşçisinə 2 dəfə məğlub olmuşdum. Burada revanş aldım.

Finaldakı rəqibim haqqında onu deyə bilərəm ki, hər ikimiz bir-birimiz üçün sürprizik. İndiyədək heç vaxt qarşılaşmamışıq. Çox gənc və yaxşı güləşçidir. Kayl Snayderə tam üstünlüklə qalib gəldi. Abdulrəşidi məğlub etdi. Ancaq Sadullayevin zədəsi var idi. Yaxşı formada deyildi. Açığı, finalda Abdulrəşidlə qarşılaşmaq istərdim. Daha öncə dəfələrlə turnirlərdə güləşmişik və ona uduzmuşam. Ancaq bu dəfə onunla qarşılaşmaq qismət olmadı. Bütün normal və özünə hörmət edən idmançıların arzusu olimpiya çempionu olmaqdır. Biz də buna çalışacağıq. Hədəfimiz əvvəlcə Avropa çempionatında, daha sonra isə Olimpiadada uğur qazanmaqdır”.

Qeyd edək ki, Maqomedxan sabah keçiriləcək finalda Bəhreyn təmsilçisi Axmed Tajudinovla qarşılaşacaq.

İdman.biz