Qoridə 7 güləşçimizdən 7 medal

Xəbərlər
27 May 2024 14:53
695
Qoridə 7 güləşçimizdən 7 medal

Gürcüstanın Qori şəhərində sərbəst güləş üzrə “Şxireli kuboku” turniri keçirilib.

İdman.biz xəbər verir ki, U-20 yaş qrupu üzrə təşkil olunan turnirdə Gürcüstan, Azərbaycan, ABŞ, Qazaxıstan və İran komandaları iştirak ediblər.

Məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında 7 güləşçi ölkəmizi ənənəvi yarışda təmsil edib. Millimizin bütün üzvləri fəxri kürsüyə qalxıb.

Vasif Bağırov (57 kq), Musa Verdiyev (65 kq) və Ramik Heybətov (70 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Camal Abbasov (61 kq) ikinci, Əhməd Əhmədli (74 kq), Emin Qocayev (79 kq) və Sadiq Mustafazadə (86 kq) isə üçüncü yeri tutub.

Beləliklə, komandamız turniri 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.

Qeyd edək ki, “Şxireli kuboku”nda beynəlxalq dərəcəli hakimlər Xəzər Allahverdiyevlə Eldar Bayramov ədaləti qoruyub.

İdman.biz

Məqalədə: