Elnurə Məmmədova: “Səhvim hakimə güvənməyim oldu” - FOTO - MÜSAHİBƏ

Xəbərlər
25 May 2024 13:21
1 056
Elnurə Məmmədova: “Səhvim hakimə güvənməyim oldu” - FOTO - MÜSAHİBƏ

Bakıda keçirilən U-23 Avropa çempionatının gümüş mükafatını qazanan Azərbaycan millisinin güləşçisi Elnurə Məmmədovanın İdman.bizə müsahibəsi

- Bakıda keçirilən U-23 Avropa çempionatında gümüş medal qazandız. Qızıla nə çatmadı?

- Mən Bakıda qızıl medal qazanmağı hədəfləmişdim. Səhvim o oldu ki, finaldakı rəqibim Lilia Malançik döşəkdən kənara çıxdı. Hakimin görüşü dayandıracağını düşündüm. Amma bu baş vermədi. Mənim xallarım sayılmadı, amma rəqibin xalları sayıldı. Səhvim bir anlıq olaraq hakimə güvənməyim və ondan xal tələb etməyim oldu. Dayandım və rəqibin xal qazanmasına imkan verdim.

- Gümüş medalı özünüz üçün maksimum sayırsız, yoxsa qızıl qazana bilmədiyiniz üçün təəssüflənirsiz, özünüzü qınayırsız?

- 2022-ci ildə gümüş, ötən il 55 kq-da bürünc medal qazandım. Bundan sonra U-23-də cəmi 1 il iştirak edə bilərəm. Ondan sonra böyüklər arasında fərqlənmək üçün əlimdən gələni edəcəyəm.

- U-23-də 1 ilinizin qaldığını qeyd etdiz. Son şansda yalnız qızıl uğrunda güləşəcəyinizi deyə bilərik?
- Bəli, gələn il heç bir səhvə yol verməyib, çempion olmağa çalışacağam.

- Komanda hesabında ilk dəfə 3-cü olduz. Bu uğuru necə qiymətləndirirsiz?
- Təbii ki, bu çox sevindirici haldır. İstəyərdim ki, bütün komanda üzvləri medal qazansın.

Emin Ağa
İdman.biz