Mariya Stadnik: “Pul və ya nəyinsə dalınca qaçmaqdansa...”

Xəbərlər
23 May 2024 19:17
1 370
Mariya Stadnik: “Pul və ya nəyinsə dalınca qaçmaqdansa...”

“İlk növbədə gördüyün işi sevmək lazımdır”.

İdman.biz xəbər verir ki, bunu Azərbaycan güləşçisi Mariya Stadnik deyib.

50 kq çəki dərəcəsində çıxış edən Olimpiya Oyunlarının 4 qat mükafatçısı bu fikirləri Dünya Güləş Birliyinin mətbuat xidmətinə açıqlayıb. 5-ci Olimpiadasına lisenziya qazanan Stadnik uğurlarının davamlı olmasına aydınlıq gətirib: “İşinizi sevəndə və özünüzü səmimi qəlbdən ona həsr edəndə, həmişə nəticən olacaq. Şöhrət, pul və ya nəyinsə dalınca qaçmaq deyil, sadəcə güləşdən zövq almaq lazımdır. Qət etdiyin yol, toplanışlar, səfərlər, bütün bunlarda idman həyatının həzzi var. Hazırlıq prosesi, çox sayda dostlar, müxtəlif ölkələr, ünsiyyət - bütün bunlardan məmnunluq aldıqda nəticələr də olacaq”.

Qeyd edək ki, Mariya Olimpiya Oyunlarında iki gümüş və iki bürünc mükafat qazanıb.

İdman.biz