Nihad Quluzadə: “Qızıl medal əldən getdi”

Xəbərlər
22 May 2024 19:53
165
Nihad Quluzadə: “Qızıl medal əldən getdi”

"Tələskənlik oldu və gözləməli idim".

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin yunan-Roma güləşçisi Nihad Quluzadə (60 kq) deyib.

O, Bakıda keçirilən U-23 Avropa çempionatındakı çıxışını dəyərləndirib.

Yarışı gümüş medalla başa vuran güləşçi bildirib ki, ilk dəfədir ki, bu çəkidə finala çıxıb: “Bundan öncə dünya çempionatında iştirak edib məğlub olmuşdum. Ona nəzərən artıq səhvlərimiz üzərində işləmişdim. Buna baxmayaraq bəzi problemlərə də nəzər yetirəcəyik. Tələskənlik oldu və gözləməli idim. Vaxtından əvvəl hərəkət etdim buna görə də qızıl medal əldən getdi. Bundan sonra əsas məqsədim dünya çempionatında qızıl medal əldə etməkdir. Çalışacam əlimdən gələni edib qızıl medal qazanım”.

Qeyd edək ki, U-23 Avropa çempionatı mayın 26-da başa çatacaq.

Banuçiçək Hüseynli
İdman.biz