Avropa çempionatı: Qurban qızıl, Nihad gümüş, Ruslan və Murad bürünc qazanıb

Xəbərlər
22 May 2024 20:07
937
Avropa çempionatı: Qurban qızıl, Nihad gümüş, Ruslan və Murad bürünc qazanıb

Bu gün Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatında yunan-Roma növü üzrə mübarizəyə yekun vurulub.

İdman.biz xəbər verir ki, yarışın üçüncü günündə daha 5 çəkidə mükafatçılar bəlli olub.

Azərbaycan millisinin dörd “klassiki” də medal uğrunda güləşib. Onlar uğurlu çıxış edərək, fəxri kürsüdə yer alıblar.

Yunan-Roma güləşi
6️0 kq

Nihad Quluzadə finalda türkiyəli Mert İlbarsı sınağa çəkib. Görüş rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Nihad Avropa çempionatını gümüş medalla başa vurub.

72 kq
Ruslan Nurullayev bürünc uğrunda görüşüb. O, Petar Qornyaşkiyə (Bolqarıstan) 7:4 hesabı ilə qalib gələrək, fəxri kürsünün 3-cü pilləsində yer alıb.

8️2 kq
Qurban Qurbanov finalda İslam Alıyevlə (AİN) güləşib. Güləşçimiz 8:2 hesabı ilə inamlı qələbə qazanaraq, Avropa çempionu tituluna yiyələnib.

9️7 kq
Murad Əhmədiyev təsəlliverici görüşdə estoniyalı Riçard Karelsona sonuncu xal prinsipinə əsasən (1:1) qalib gələrək bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. O, 3-cü yer uğrunda Aapo Viitalani (Finlandiya) vaxtından əvvəl məğlub edərək, bürüncə sahib çıxıb.

Beləliklə, yunan-Roma güləşi üzrə yığmamız Avropa çempionatını 3 qızıl, 1 bürünc və 4 bürünclə tamamlayıb.

Qeyd edək ki, yığmamız yunan-Roma növündə bir gün öncə 2 qızıl və 2 bürünc medal qazanıb.

İdman.biz

Məqalədə: