Avropa çempionatı: Nəzərova və Məmmədova üçün bürünc şansı - FOTO

Xəbərlər
22 May 2024 17:26
192
Avropa çempionatı: Nəzərova və Məmmədova üçün bürünc şansı - FOTO

Bakıda keçirilən güləş üzrə U-23 Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, yarışın üçüncü günündə qadın güləşçilərin mübarizəsinə start verilib.

Bu gün 5 çəki dərəcəsində - 50 kq, 55 kq, 59 kq, 68 kq və 76 kq-da medal uğrunda görüşlərin və təsəlliverici mərhələnin iştirakçıları müəyyənləşib. Azərbaycan millisi bu kateqoriyalardan üçündə təmsil olunub. Güləşçilərimiz startda uduzduğu və rəqib finala vəsiqə qazandığı üçün 2 idmançımız bürünc medal şansını davam etdirəcək.

50 kq
Şəhanə Nəzərova 1/4 finalda Natalya Varakinaya (AİN) 0:10 hesabı ilə uduzub. Rəqib finala yüksəldiyi üçün güləşçimiz sabah təsəlliverici görüşə qatılacaq.

55 kq
Gültəkin Şirinova 1/8 finalda Mihaela Samoil (Moldova) ilə qarşılaşıb və 8:5 hesabı ilə məğlub olub.

59 kq
Ruzanna Məmmədova 1/4 finalda Alesiya Hetmanava (AİN) ilə güləşib. 4:3 hesabı ilə qələbə qazanan rəqib mərhələ adlayıb. Hetmanava finala kimi irəlilədiyi üçün təmsilçimiz sabah təsəlliverici görüşə çıxacaq.

Qeyd edək ki, yarışda yunan-Roma güləşində 5 medal dəsti sahibini tapıb. Azərbaycan yığması çempionatda 2 qızıl və 2 bürünc medal qazanıb.

İdman.biz

Məqalədə: