Laçın Vəliyev: "Üçüncü yeri əldən vermədim"

Xəbərlər
21 May 2024 20:22
184
Laçın Vəliyev: "Üçüncü yeri əldən vermədim"

“Finalda güləşməliydim”.

Bunu İdman.bizə Azərbaycan millisinin yunan-Roma güləşçisi Laçın Vəliyev (87 kq) deyib.

O, Bakıda keçirilən U-23 Avropa çempionatındakı çıxışını dəyərləndirib. Yarışı bürünc medalla başa vuran Vəliyev bəzi səhvlər üzündən finala yüksələ bilmədiyini bildirib: “Şükürlər olsun ki, üçüncü yeri əldən vermədim. Yarımfinalda səhvlər üzündən finala vəsiqə qazana bilmədim. Buna baxmayaraq, medalsız qalmadığım üçün sevinirəm. Məşqlərimi bir az da artırıb dünya çempionatında qızıl medal əldə etmək istəyirəm. İnanıram ki, buna nail olacam”.

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında 2 qızıl, 2 gümüş medal qazanıb.

Banuçiçək Hüseynli
İdman.biz