Mikayıl Cabbarovdan Mariya Stadniklə bağlı PAYLAŞIM

Xəbərlər
12 May 2024 00:26
326
Mikayıl Cabbarovdan Mariya Stadniklə bağlı PAYLAŞIM

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov İstanbulda Dünya Olimpiya Təsnifat Turnirində daha 1 lisenziya qazanan yığmanı təbrik edib.

İdman.biz xəbər verir ki, o, bununa bağlı feysbuk səhifəsində paylaşıb edib.

Komandanı təbrik edən federasiya rəhbəri güləşçilərə Paris-2024 Yay Olimpiya Oyunlarında uğurlar arzulayıb: "Bu gün İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat Turnirində qadın güləşi üzrə milli komandamızın üzvü Mariya Stadnik (50 kq) Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Bununla da ümumi lisenziyalarımızın sayı 12-yə çatıb. Güləşçilərimizi və məşqçilərimizi təbrik edir, Olimpiya Oyunlarında uğurlar arzulayırıq”.

Qeyd edək ki, daha öncə sərbəst güləşçilərimiz 6, yunan-Roma güləşçilərimiz isə Paris-2024 Olimpiadasına 5 lisenziya qazanıblar.

İdman.biz