Sabah Şəriəti: “Başqa variantımız yoxdur”

Müsahibə
7 May 2024 15:15
Sabah Şəriəti: “Başqa variantımız yoxdur”

“Komanda olaraq hər birimiz lisenziyanı qazanmaq istəyirik”.

Bunu İdman.bizə Azərbaycan millisinin yunan-Roma güləşçisi Sabah Şəriəti (130 kq) deyib.

O, İstanbulda keçiriləcək Dünya Olimpiya Təsnifat Turnirinə hazırlığını dəyərləndirib. Şəriətinin sözlərinə görə, yarışa hazırlıq səviyyəsi çox yaxşıdır: “Ağır məşqlər etmişik. Özümü yaxşı hiss edirəm, heç bir zədəm yoxdur. Hər birimiz lisenziya qazanmaq üçün var gücümüzlə hazırlaşmışıq. Özüm də yaxşı formadayam. Məşqçilərlə hər şeyi planlaşdırmışıq. Bu yarışda bizi çox güclü rəqiblər gözləyir. Hamısını analiz etmişik. Çəkimdə Gürcüstan, Estoniya, Rumıniya və s. digərlərini fərqləndirə bilərəm. Amma başqa variantımız yoxdur. Yalnız və yalnız qalib gəlməliyik. Təbii ki, çətinliklərimiz olacaq. Çünki lisenziya əldə etmək asan məsələ deyil. Amma bu çətinliyin öhdəsindən gələ biləcəyik. Bu bizim axırıncı şansımızdır. İstanbula qalib olmaq üçün gedirik”.

Qeyd edək ki, Dünya Olimpiya Təsnifat turniri mayın 9-12 tarixlərində baş tutacaq.

Banuçiçək Hüseynli
İdman.biz