Rusiyalı Olimpiya çempionları Sadulayev və Sidakov dünya çempionatında

Xəbərlər
13 Sentyabr 2023 16:17
86
Rusiyalı Olimpiya çempionları Sadulayev və Sidakov dünya çempionatında

Dünya Güləş Birliyi Belqradda keçiriləcək dünya çempionatında iştirakına icazə veriləcək rusiyalıların siyahısını açıqlayıb.

İdman.biz xəbər verir ki, şimal qonşularımız sentyabrın 16-24-də təşkil olunacaq yarışa müstəqil neytral idmançılardan ibarət komanda (AIN) kimi çıxacaqlar.

Mundialda çıxışına icazə verilən rusiyalılar arasında ikiqat Olimpiya çempionu Abdulrəşid Sadulayev, Tokio-2020-nin qalibi Zaurbek Sidakov da var.

Rusiya millisi, sərbəst güləş
57 kq – Zavur Uquyev;
61 kq – Abasqadji Maqomedov;
65 kq – Şamil Məmmədov;
70 kq – Yevgeni Jerbayev;
74 kq – Zaurbek Sidakov;
79 kq – Əhməd Usmanov;
86 kq – Arslan Bağayev;
92 kq – Maqomed Qurbanov / Vladislav Vəliyev;
97 kq – Abdulrəşid Sadulayev;
125 kq – Abdulla Qurbanov

Qeyd edək ki, Rusiya və Belarusdan olan ümumilikdə 235 nəfər bütün növ və kateqoriyalardan olan güləşçilər, eləcə də onları müşayiət edən köməkçi heyət daxil olmaqla, hərtərəfli məlumat və sosial media yoxlanışından keçiblər. 26 nəfər qurumun təşkil etdiyi testdən keçə bilməyib. Bu isə hələlik mundiala buraxılmış idmançıların yekun siyahısı deyil.

İdman.biz