UWW Turan Bayramov - Frank Çamizo görüşü ilə bağlı qərarını açıqlayıb

Xəbərlər
23 Aprel 2024 20:47
4 790
UWW Turan Bayramov - Frank Çamizo görüşü ilə bağlı qərarını açıqlayıb

UWW İntizam Komitəsi Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində Turan Bayramovla Frank Çamizo (İtaliya) görüşü ilə bağlı qərarını açıqlayıb.

İdman.biz xəbər verir ki, 74 kq-da mübarizə aparan yığmamızın sərbəst güləşçisinin yarımfinal görüşündəki qələbəsi bir daha təsdiqlənib.

Qərarda Beynəlxalq Güləş Qaydalarının 53-cü maddəsinə görə, xalçada qalib elan edildikdən sonra heç bir halda nəticənin dəyişmədiyi bildirilib. Bununla yanaşı, UWW-dən İstanbulda mayın 9-da start götürəcək Dünya Olimpiya Təsnifat Turnirində Çamizonu çəki dərəcəsində 1-ci olmasını xahiş edilib.

İntizam Komitəsi görüşün hakimlərinə müxtəlif cəzalar verib. Xalça hakimi Roman Pavlov və hakim İbrahim Cicoğlunun ilin sonunadək bütün yarışlardan uzaqlaşdırılıb. Görüşə təyin olunan digər ədalət təmsilçiləri Ali Sayvan oktyabrın 30-dək, Aleksey Bazulin, Kamel Buaziz və Kase Gossel isə iyunun 30-dək diskvalifikasiya olunublar.

Görüşü 2 - müstəqil və ayrı komissiya araşdırıb. Onlar şəffaf şəkildə hakimlərin işini və görüşün analizini aparıblar. Hər komissiya 3 nəfərdən, müvafiq olaraq hakimlər komissiyasının sədri, hakimlik və beynəlxalq güləş qaydaları üzrə təcrübəsi olan 2 ekspert, 3 büro üzvündən ibarət olub.

Qeyd edək ki, Bayramov 8:8 hesabı ilə başa çatan dueldə xalların keyfiyyətinə görə qələbə ilə Paris-2024-ə lisenziya qazanıb. İtaliyalı güləşçinin sonda yerinə yetirdiyi fənd vaxt başa çatdığı üçün qeydə alınmasa da, apenninlilər həlledici xalın 6 dəqiqəlik qarşılaşma daxilində gerçəkləşdiyini iddia edirdi.

İdman.biz