Avropada “1 nömrə” - TƏHLİL

Təhlil
8 Aprel 2024 10:18
682
Avropada “1 nömrə” - TƏHLİL

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turniri başa çatıb.

İdman.biz xəbər verir ki, yarışın son günündə yalnız üç komandanın güləşçiləri olimpiya lisenziyası qazanıblar.

Bunlardan biri olan Azərbaycan Paris-2024 Yay Olimpiya Oyunlarına 5 vəsiqə əldə edib. Fərdi Neytral Atletlər daha çox – 6 lisenziya qazanıb. Digər lisenziyanı Gürcüstan əldə edib.

1. Fərdi Neytral Atletlər – 6
2. Azərbaycan – 5
3. Gürcüstan - 1

Ümumilikdə isə üç gün davam edən yarışdakı 36 lisenziyaya 15 komandanın üzvləri yiyələniblər. Fərdi Neytral Atletlər 13 vəsiqə əldə edib.

Ölkələr arasında 1-ci yeri isə Azərbaycan tutub. Millimiz 5 vəsiqəyə sevinib. Türkiyənin Bakıda 3 uğuru olub.

1. Fərdi Neytral Atletlər – 13
2. Azərbaycan – 5
3. Türkiyə - 3
4-6. Gürcüstan – 2
Almaniya - 2
Ukrayna - 2
7-15. Moldova - 1
Litva - 1
Serbiya - 1
Finlandiya - 1
Fransa - 1
Macarıstan - 1
Polşa - 1
Bolqarıstan – 1
Rumıniya – 1

Qeyd edək ki, millimizin heyətində Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomodov (86 kq) və Giorgi Meşvildişvili (125 kq) Parisdə iştirak hüququ qazanıblar. Onlara qədər digər sərbəst güləşçimiz Maqomedxan Maqomedov (97 kq) bu hüquqa yiyələnib.

Vüqar Xeyrullayev
İdman.biz