Bakıda sevinənlər – SİYAHI

Xəbərlər
7 Aprel 2024 10:53
707
Bakıda sevinənlər – SİYAHI

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirinin iki günü arxada qalıb.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə mübarizə aparan qadın güləşçilər Paris-2024 Yay Olimpiya Oyunlarına daha 12 vəsiqənin sahibini müəyyənləşdiriblər.

Fransa paytaxtına “biletlər”i 8 komandanın üzvləri qazanıblar. Yalnız Fərdi Neytral Atletlər 1-dən çox – 5 lisenziya əldə edib. 7 ölkənin yığması isə bir vəsiqəyə sevinib.

1. Fərdi Neytral Atletlər – 5
2-8. Türkiyə - 1
Ukrayna – 1
Macarıstan – 1
Polşa – 1
Bolqarıstan – 1
Almaniya – 1
Rumıniya – 1

İlk gündə yunan-Roma, ardınca qadın güləşçilərin mübarizə apardığı yarışda artıq 24 vəsiqə sahibini tapıb. Azərbaycan millisinin lisenziya qazanmadığı iki gündə 14 komanda uğura sevinib.

1. Fərdi Neytral Atletlər – 7
2. Türkiyə - 3
3-4. Ukrayna – 2
Almaniya – 2
5-14. Moldova – 1
Gürcüstan – 1
Litva – 1
Serbiya - 1
Finlandiya – 1
Fransa - 1
Macarıstan – 1
Polşa – 1
Bolqarıstan – 1
Rumıniya – 1

Qeyd edək ki, Bakıdakı son 12 lisenziya sərbəst güləşçilərin bugünkü mübarizəsində sahibini tapacaq.

İdman.biz

Məqalədə: