12 lisenziyaya 14 komanda

Xəbərlər
6 Aprel 2024 13:58
159
12 lisenziyaya 14 komanda

Bakıda keçirilən güləş üzrə Avropa Olimpiya Təsnifat Turnirində qadınların yarımfinal mərhələsinin bütün iştirakçıları bəlli olub.

İdman.biz xəbər verir ki, 12 olimpiya lisenziyasına 24 iddiaçı qalıb.

Yarımfinalçılar 14 müxtəlif komandanı təmsil edir. Fərdi Neytral Atletlər yığması daha çox – 5 vəsiqə üçün mübarizə aparacaq.

Ukrayna və Almaniyadan üç güləşçi yarımfinaldadır. Türkiyə və Fransadan iki idmançı Paris-2024-ün bir addımlığındadır.

Azərbaycan millisi bir lisenziya şansı olan 8 komanda sırasındadır. Yığmamızın yeganə yarımfinalçısı Mariya Stadnikdir.

1. Fərdi Neytral Atletlər (AİN) - 5
2-3. Ukrayna – 3
Almaniya - 3
4-5. Türkiyə - 2
Fransa - 2
6-14. Azərbaycan - 1
Rumıniya - 1
Yunanıstan - 1
Bolqarıstan - 1
Moldova - 1
Avstriya - 1
Çexiya - 1
Polşa - 1
Macarıstan - 1

Qeyd edək ki, yarımfinal görüşlərinə saat 18:00-da start veriləcək.

İdman.biz

Məqalədə: