"Zəfər kuboku": ikinci gündə daha 7 medal - FOTO

Xəbərlər
13 Mart 2024 22:12
116
"Zəfər kuboku": ikinci gündə daha 7 medal - FOTO

Türkiyənin Antalya şəhərində keçirilən yeniyetmə güləşçilər arasında "Zəfər kuboku" davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə güləşçilərimiz 7 medal qazanıb.

Sərbəst güləşdə Ruslan Əlizadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Səid Paşayev (92 kq) isə gümüş medal əldə edib.

Yunan-Roma güləşində Əmrah Əmrahov (48 kq) ikinci, Əli Nəzərov (55 kq) üçüncü yeri tutub.

Qadın güləşində isə Nəzrin Əhmədli (43 kq) ilə Esra Məmmədli (49 kq) bürünc medala sahib çıxıb.

Qeyd edək ki, güləşçilərimiz ikinci yarış günündə də ilk gündə olduğu kimi 2 qızıl, 2 gümüş, və 3 bürünc medal qazanıb.

İdman.biz