Olimpiya mükafatçımız azadlıqdan məhrum edilib - FOTO

Xəbərlər
27 Fevral 2024 17:02
2 265
Olimpiya mükafatçımız azadlıqdan məhrum edilib - FOTO

Azərbaycan millisinin sabiq yunan-Roma güləşçisi Cabbar Yusifinin məhkəməsi olub.

İdman.biz xəbər verir ki, Rusiyanın paytaxtı Moskva məhkəməsi 2023-cü ilin martında həbs edilən sabiq idmançıya hökm oxuyub.

Silah satışı ilə məşğul olmaqda günahkar bilinən həmyerlimiz 3 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Həbsə qədər İnterpol tərəfindən də axtarılan Cabbar Rusiyada qanunsuz silah saxlamaq, Ukraynada qətldə ittiham olunub.

Qeyd edək ki, Yusifi 2014-cü il Yeniyetmələrin Yay Olimpiya Oyunlarının mükafatçısı olub.

İdman.biz

Məqalədə: