Azərbaycan güləş millisi Avropa çempionatları tarixində 7-ci yerə yüksəlib

Xəbərlər
19 Fevral 2024 13:45
230
Azərbaycan güləş millisi Avropa çempionatları tarixində 7-ci yerə yüksəlib

Güləş üzrə Avropa çempionatları tarixində ən çox qızıl medal qazanan ölkələrin siyahısında dəyişikliklər olub.

İdman.biz xəbər verir ki, Azərbaycan siyahıda 2 pillə irəliləyib.

Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan yarışda güləşçilərimiz 5 çempionluq yaşayıb. Bununla da müstəqillik illərində əldə olunan qızıl mükafatların sayı 68-ə çatıb.

Azərbaycan bu göstəricidə Macarıstan və bunadək şərik olduğu Ukraynanı arxada qoyub. Ölkəmiz Avropa sıralamasında 7-ci pillədə qərarlaşıb.

Cədvələ Rumıniyaya yığma kimi buraxılmayan və bu üzdən göstəricisini dəyişə bilməyən Rusiya başçılıq edir. İkinci sırada tarixin yaddaşına köçən SSRİ qərarlaşıb. İlk “üçlüy”ü Bolqarıstan qapayır. Bu üç ölkədən başqa yalnız Türkiyə çempionluq sayında 100-ü keçib.

1. Rusiya - 242
2. SSRİ – 230
3. Bolqarıstan – 145
4. Türkiyə - 119
5. İsveç – 85
6. Almaniya – 75
7. Azərbaycan – 68
8. Macarıstan – 67
9. Ukrayna - 64

İdman.biz

Məqalədə: