Avropa çempionatı: İkisi finalda və ikisi bürünc uğrunda güləşəcək - YENİLƏNİB

Xəbərlər
12 Fevral 2024 21:54
683
Avropa çempionatı: İkisi finalda və ikisi bürünc uğrunda güləşəcək - YENİLƏNİB

Bu gün güləş üzrə Avropa çempionatı start götürüb.

İdman.biz xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə təşkil olunan yarışın ilk günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar.

İlk yarış günündə 55, 63, 77, 87 və 130 kq-da mübarizəyə start veriləcək. Azərbaycan millisinin 5 güləşçisi də bugünkü görüşlərdə qüvvəsini sınayıb. İki idmançımız finala vəsiqə qazanıb, iki təmsilçimiz isə bürünc uğrunda yarışacaq.

55 kq
Rəşad Məmmədov yarışa 1/4 finaldan başlayıb. O, ilk rəqibi Denis Mihayı (Rumıniya) bir xal üstünlüklə məğlub edib (4:3). Yarımfinalda gürcü həmkarı Nuqzari Tsurtsumiyanı (5:1) mübarizədən kənarlaşdıran Rəşad finalda moldovalı Artyom Deleanu ilə üz-üzə gələcək.

63 kq
Murad Məmmədov mübarizəyə 1/8 finaldan qoşulub. O, əvvəlcə Brian Santyaqo (Danimarka), sonra Aleksandrs Yurkansa qalib gəlib. Murad yarımfinalda Ənvər Allahyarovu (AİN) son xala görə məğlub edib (3:3). Məmmədov həlledici görüşdə Aleksandr Qruşinlə yarışacaq.

77 kq
1/8 finaldan mübarizəyə başlayan Sənan Süleymanovun ilk rəqibi İdris İbayevə (Almaniya) (10:0) qalib gəlsə də, növbəti görüşdə xorvatiyalı həmkarı Antonio Kamenyaseviçə 1:3 hesabı ilə uduzub.

87 kq
İslam Abbasov da 1/8 finalda Şimon Şimonoviçi (Polşa) 2:1, 1/4 finalda isə Açiko Bolkvadzeni (Gürcüstan) 6:3 hesabı ilə məğlub edib. O, yarımfinalda serbiyalı Aleksandr Komarovla qarşılaşıb və 1:3 hesabı ilə uduzub.

130 kq
1/8 finaldan yarışa qoşulacaq ağırçəkili pəhləvanımız Beka Kandelaki Konsta Maenpaeaenu (Finlandiya) 8:6 hesbaı ilə məğlub edib. O, 1/4 finalda çətinlik çəkmədən Dariuş Viteki (Macarıstan) mübarizədən kənarlaşdırıb - 9:0. Beka yarımfinalda türkiyəli Rıza Kayaalpa uduzub. Hesab 2:2 bitsə də, türkiyəli idmançı sonuncu xal hesabına qalib sayılıb.

Qeyd edək ki, yunan-Roma güləşi millimiz qitə çempionatına 10 idmançı ilə yollanıb.

İdman.biz

Məqalədə: