Güləş üzrə Azərbaycan çempionatının proqramı açıqlanıb

Xəbərlər
24 Yanvar 2024 18:02
179
Güləş üzrə Azərbaycan çempionatının proqramı açıqlanıb

Yanvarın 29-dan fevralın 1-dək sərbəst və yunan-Roma güləşi üzrə U-20 Azərbaycan çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan Güləş Federasiyasının Gənclər və İdman Nazirliyi ilə birgə təşkil edəcəyi yarışı beynəlxalq və milli dərəcəli hakimlər idarə edəcək.

Bakı İdman Sarayında baş tutacaq çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 gündə isə yunan-Roma güləş üzrə qaliblər müəyyənləşəcək. Gənclərdən (U-20) ibarət milli komandalara seçim xarakteri daşıyan yarışın görüşləri hər gün saat 10:00-da başlanacaq.

Çempionatın proqramı belədir:

29 yanvar
Sərbəst güləş: 57 kq, 65 kq, 74 kq, 86 kq, 97 kq.

30 yanvar
Sərbəst güləş: 61 kq, 70 kq, 79 kq, 92 kq, 125 kq.

31 yanvar
Yunan-Roma güləşi: 55 kq, 63 kq, 72 kq, 82 kq, 97 kq.

1 fevral
Yunan-Roma güləşi: 60 kq, 67 kq, 77 kq, 87 kq, 130 kq.

İdman.biz

Məqalədə: