Azərbaycanın ən yaxşıları bəlli oldu: Həsrət Cəfərov zirvədədir

1 Sentyabr 2026 17:07
100
Azərbaycanın ən yaxşıları bəlli oldu: Həsrət Cəfərov zirvədədir

Azərbaycan idmançılarının 2026-cı ilin sentyabr ayı üçün reytinq cədvəli açıqlanıb.

İdman.Biz xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.

Yunan-roma güləşçisi Həsrət Cəfərov (480 xal) birinci sıradakı mövqeyini qoruyub.

Sərbəst güləşçi Giorgi Meşvildişvili (460 xal) ikinci pillədə qərarlaşıb. Digər sərbəst güləşçi Arseniy Djioyev (420 xal) ilk “üçlüy”ü qapayır.

Növbəti sıralarda Səidcəmşid Cəfərov (boks, 400 xal), Murad Əhmədiyev (yunan-Roma güləşi, 330 xal), Qaşim Maqomedov (taekvondo, 305 xal), Ülvü Qənizadə (yunan-Roma güləşi, 300 xal), Nürəddin Novruzov (sərbəst güləş, 270 xal), Hidayət Heydərov (cüdo, 270 xal) və İslam Bazarqanov (sərbəst güləş, 265 xal) yer alıblar.

Qeyd edək ki, avqust ayında reytinq cədvəli belə olub:

1. Həsrət Cəfərov (Yunan-Roma güləşi, Paris-2024 Olimpiya Oyunlarının bürünc mükafatçısı) — 480 xal.

2. Giorgi Meşvildişvili (Sərbəst güləş, Paris-2024 Olimpiya Oyunlarının bürünc mükafatçısı) — 460 xal.

3. Arseniy Djioyev (Sərbəst güləş, 2025-ci il dünya çempionatının bürünc mükafatçısı) — 420 xal.

4. Səidcəmşid Cəfərov (Boks, 2023-cü il dünya çempionatının gümüş mükafatçısı) — 400 xal.

5. Murad Əhmədiyev (Yunan-Roma güləşi, 2025-ci il dünya çempionatının bürünc mükafatçısı) — 330 xal.

6. Qaşim Maqomedov (Taekvondo, Paris-2024 Olimpiya Oyunlarının gümüş mükafatçısı) — 305 xal.

7. Ülvü Qənizadə (Yunan-Roma güləşi, ikiqat dünya çempionu) — 300 xal.

8. Nürəddin Novruzov (Sərbəst güləş, 2025-ci il dünya çempionatının bürünc mükafatçısı) — 270 xal.

9. Hidayət Heydərov (Cüdo, Paris-2024 Olimpiya çempionu) — 270 xal.

10. İslam Bazarqanov (Sərbəst güləş, 2026-cı il Avropa çempionu) — 265 xal.

İdman.Biz