"Zaqreb open": 3 güləşçimiz çıxışını medalsız bitirib

Xəbərlər
11 Yanvar 2024 22:52
437
"Zaqreb open": 3 güləşçimiz çıxışını medalsız bitirib

Güləş üzrə "Zaqreb Open" ikinci gün arxada qalıb.

İdman.biz xəbər verir ki, bu gün sərbəst güləşçilər və qadınlar mübarizə aparıblar.

Azərbaycan milli komandasının hər üç üzvü turniri medalsız başa vurub. Sərbəst güləşçilər Georgi Meşvildişvili və Vaxit Qalayev 125 kq çəkidə medallar uğrunda yarışıblar. Georgi 1/4 finalda, Vaxit isə 1/8 finalda məğlub olub.

Qadın güləşçimiz Gültəkin Şirinova (55 kq) 1/4 finalda uduzub. O, ukraynalı Mariya Vinnlə bacarmayıb.

Qeyd edək ki, “Zaqreb Open”in ilk günündə yığmamız üç medal qazanıb. 61 kq çəki dərəcəsində mübarizə aparan Əliabbas Rzazadə və Nürəddin Novruzov, 74 kq-da Cəbrayıl Qadjyev fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.

-------

09:43

Güləş üzrə "Zaqreb Open" davam edir.

İdman.biz xəbər verir ki, yarışın ikinci günündə sərbəst güləşçilər və qadınlar mübarizə aparacaqlar.

Azərbaycan milli komandasının üç üzvü də xalça üzərinə çıxacaq. Sərbəst güləşçilər Georgi Meşvildişvili və Vaxit Qalayev 125 kq çəkidə medallar uğrunda yarışacaqlar. Qadın güləşçimiz Gültəkin Şirinova (55 kq) da bu gün qüvvəsini sınayacaq.

Qeyd edək ki, “Zaqreb Open”in ilk günündə yığmamız üç medal qazanıb. 61 kq çəki dərəcəsində mübarizə aparan Əliabbas Rzazadə və Nürəddin Novruzov, 74 kq-da Cəbrayıl Qadjyev fəxri kürsünün üçüncü pilləsinə yüksəliblər.

İdman.biz

Məqalədə: