Sənan Süleymanov: “Həmin an mənim üçün unudulmaz idi”

Xəbərlər
31 Dekabr 2023 15:47
167
Sənan Süleymanov: “Həmin an mənim üçün unudulmaz idi”

“İlin əsas hədəfi Olimpiya Oyunlarına lisenziya qazanmaq idi. Bunun öhdəsindən gələ bildim”.

Bunu İdman.bizə danışan yunan-Roma güləşi üzrə Azərbaycan millisinin üzvü Sənan Süleymanov (77 kq) deyib.

2023-cü il dəyərləndirən pəhləvan çıxışından tam olaraq razı qalmadığını bildirib: “İli özüm üçün tam uğurlu hesab etmirəm. 2023-cü ilin ilk yarısında istənilən nəticələrə imza ata bilmədim. Amma sonradan daha uğurlu çıxış edib, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandım. Dünya çempionatında iki yeri tutub bu hüququ əldə etdim. Həmin an mənim üçün unudulmaz idi”.
26 yaşlı pəhləvan 2024-cü il barəsində də danışıb. Süleymanov Avropa çempionatı və Olimpiadada uğur qazanmaq arzusunu dilə gətirib: “Növbəti ildə hədəfim 2-ci dəfə Avropa çempionu olmaqdır. Daha sonra bizi Olimpiya Oyunları gözləyir. Hər bir idmançı kimi məndə Olimpiya çempionu olmağı arzulayıram. Çıxış etdiyim çəkidə rəqabət çox böyükdür. Olimpiadada asan rəqib olmur. Onlardan qırğızıstanlı Akjol Mahmudovu qeyd edə bilərəm. O, bizim çəkidə əsas favoritlərdən sayılır. Olimpiya Oyunlarında zəif idmançı olmadığı üçün hər bir rəqibə ciddi yanaşacağam”.

Qeyd edək ki, Süleymanov 2023-c ildə Serbiyanın paytaxtı dünya çempionatında gümüş medal qazanıb. O, finalda Akjol Mahmudova uduzub.

Emin Ağa
İdman.biz