“Olimpiya çəkisində gözüm var. Biz idmançıyıq və rəqabətə tam hazırıq, bu təbiidir”.
Bunu İdman.bizin yeni multimediya layihəsinin qonağı olan yunan-Roma güləşçisi Rafiq Hüseynov (82 kq) deyib.
Tokio-2020-nin bürünc medalçısı Paris-2024 öncəsi Olimpiya çəkisində güləşməyi planlaşdırır. Hüseynovun sözlərinə görə, yuxarı çəkiyə qalxmaq istəyir: “Olimpiya çəkisində güləşmirəm və 77 kq-da da lisenziyamız var. Özümü 87 kq-da göstərməyə və vəsiqə qazanmağa çalışıram. Ümid edirəm ki, bunu bacaracam və çox yaxşı çıxış edəcəyəm”.
Qeyd edək ki, Azərbaycan güləşin yunan-Roma növündə Paris-2024 Yay Olimpiya Oyunlarına artıq 2 lisenziya qazanıb. Vəsiqəyə Həsrət Cəfərov (67 kq) və Sənan Süleymanov (77kq) sahib olub.
İdman.biz