Azərbaycanın 2 güləşçisi dünya reytinqinin ilk “dördlüy”ündə

Xəbərlər
28 Dekabr 2023 16:45
178
Azərbaycanın 2 güləşçisi dünya reytinqinin ilk “dördlüy”ündə

UWW sərbəst güləşçilər arasında ilin yekun reytinqini açıqlayıb.

İdman.biz xəbər verir ki, Azərbaycan millisinin 2 güləşçisi - Osman Nurməhəmmədov (92 kq) və Maqomedxan Maqomedov (97 kq) ilk “dördlük”də yer alıb.

Hər 2 idmançımız Belqradda keçirilən dünya çempionatında gümüş medal qazanıb. Nurməhəmmədov finalda Rizabek Aitmuxana (Qazaxıstan), Maqomedov isə Əhməd Tajudinova (Bəhreyn) uduzaraq, ikinci yeri tutublar.

Qeyd edək ki, Maqomedov Paris-2024 Yay Olimpiadasına lisenziya qazanıb.

Nicat Zəkiyev
İdman.biz

Məqalədə: