U-23 dünya çempionatı: Güləş millimizdən rekord

Xəbərlər
22 Oktyabr 2025 23:56
54
U-23 dünya çempionatı: Güləş millimizdən rekord

Serbiyanın Novi Sad şəhərində güləş üzrə U-23 dünya çempionatında növbəti yarış günü başa çatıb.

İdman.Biz bildirir ki, bu gün daha 2 güləşçimiz fəxri kürsüyə qalxıb.

Elmir Əliyev (55 kq) finalda rusiyalı Alibek Amirovla qarşılaşıb. Güləşçimiz U-23 Avropa çempionatının yarımfinalında məğlub olduğu rəqibindən revanş alıb – 3:2. Beləliklə, Elmir karyerasında ilk dəfə dünya çempionu olub.

Növbəti qələbə isə Ruslan Nurullayevdən (72 kq) gəlib. Təsəlliverici görüşdə ukraynalı Oleq Xəlilovu 3:1 hesabıyla üstələyən güləşçimiz bürünc medal uğrunda qarşılaşmada isə ermənistanlı Qaspar Terteryana eyni hesabla qalib gəlib.

Yunan-Roma güləşi üzrə yarışın bitməsinə 1 gün qalmış komandamız medalların əyarına görə yeni rekorda imza atıb. Belə ki, millimiz ilk dəfə U-23 dünya çempionatında 2 qızıl medal qazanıb.

Xatırladaq ki, ötən gün Ziya Babaşov (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

İdman.Biz