“Qızıl top-2025” mükafatının mətbuat xidməti ötən mövsümün səsvermə nəticələrini sosial şəbəkədə açıqlayıb.
İdman.biz xəbər verir ki, nəticələrə əsasən, PSJ-nin hücumçusu Usman Dembele 1380 xal toplayaraq qalib olub.
“Barselona”nın vingeri Lamin Yamal 1059 xalla ikinci yeri tutub. İlk üçlüyü isə PSJ-nin yarımmüdafiəçisi Vitinya 703 xalla tamamlayıb.
“Qızıl top-2025” səsverməsinin ilk onluğu belədir:
Usman Dembéle (PSJ) - 1380 xal;
Lamin Yamal (“Barselona”) - 1059 xal;
Vitinya (PSJ) - 703 xal;
Məhəmməd Salah (“Liverpul”) – 657 xal;
Rafinya (“Barselona”) - 620 xal;
Əşrəf Hakimi (PSJ) - 484 xal;
Kilian Mbappe (“Real Madrid”) - 378 xal;
Koul Palmer (“Çelsi”) – 211 xal;
Canluici Donnarumma (“Mançester Siti”) - 172 xal;
Nuno Mendeş (PSJ) - 171 xal.