Afrika Millətlər Kubokunun qrup mərhələsinin ikinci turunda Əlcəzair və Burkina-Faso yığmaları üz-üzə gəliblər. Qarşılaşma Əlcəzair millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
İdman.Biz xəbər verir ki, matçın yeganə qolunu 23-cü dəqiqədə Riyad Mahrez penaltidən vurub və bununla da komandasına üç xal qazandırıb.
Bu qələbədən sonra Əlcəzair altı xalla E qrupunda liderliyə yüksəlib. Burkina-Faso isə üç xalla ikinci pillədə qərarlaşıb.
Xatırladaq ki, Afrika Millətlər Kuboku 2025 Mərakeşdə keçirilir. Turnirdə altı qrupa bölünmüş 24 milli komanda iştirak edir və yarış yanvarın 18-dək davam edəcək. Turnirin son qalibi Kot-d’İvuar yığmasıdır.
