İniesta Busketsə: “Sənin unikal oyun tərzin var idi” - VİDEO

Xəbərlər
26 Sentyabr 2025 19:36
125
İniesta Busketsə: “Sənin unikal oyun tərzin var idi” - VİDEO

“Barselona”nın və İspaniya millisinin sabiq futbolçusu Andres İniesta ispan yarımmüdafiəçi Serxio Busketsin MLS-də cari mövsümün sonunda karyerasını başa vuracağı xəbərinə münasibət bildirib.

İdman.biz bildirir ki, Buskets hazırda “İnter Mayami”də çıxış edir.

“Bütün bu illər ərzində meydanı səninlə bölüşmək çox xoş idi, qardaş. Şübhəsiz ki, futbol tarixinin ən böyük oyunçularından birisən. Sənin yaddaşlarımızda əbədi qalacaq unikal oyun tərzin var idi. Sənə qarşıdakı hər işində uğurlar arzulayıram”, - İniesta sosial şəbəkədəki səhifəsində yazıb.

2008-ci ildə karyerasına başlayandan bəri Buskets “Barselona”da çıxış edib. 2023-cü ilin yayında, kataloniyalılarla keçirdiyi 15 mövsümdən sonra, “İnter Mayami” ilə müqavilə bağlayıb. Buskets İspaniya millisinin heyətində 143 oyun keçirib, 2 qol vurub və 9 məhsuldar ötürmə edib.

İdman.Biz