“Liverpul” rəhbərliyinin Dioqo Jota ilə bağlı etdikləri baş məşqçini heyrətləndirib

26 Sentyabr 2025 02:20
267
“Liverpul” rəhbərliyinin Dioqo Jota ilə bağlı etdikləri baş məşqçini heyrətləndirib

Baş məşqçi Arne Slot “Liverpul”un artıq Dioqo Jotanın ailəsinə onun müqaviləsindəki bütün məbləği ödədiyini təsdiqləyib.

İdman.biz bildirir ki, Jota iyulun 3-də avtoqəzada həlak olub.

“Mən demişdim ki, azarkeşlərin reaksiyası ilə fəxr edirəm, amma sahibkarlarla bağlı… Sahibkarlar adətən tənqid olunur, məşqçilər kimi. Amma bu vəziyyəti necə idarə etdikləri – onun həyat yoldaşına və uşaqlarına kontrakt üzrə bütün məbləği ödəmələri – təqdirəlayiqdir. Bəlkə insanlar bunu adi hal hesab edir, amma futbol dünyasında belə deyil”, - Slot deyib.

Jotanın “Liverpul”la müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulmuşdu. Portuqaliyalı 2020-ci ildən "qırmızılar"da çıxış edirdi.

İdman.Biz