Bu gün UEFA Avropa Liqasında Liqa mərhələsinin I turuna yekun vurulur.
Oyun günü Niderlandın “Qo Ehed İqls” və Rumıniyanın FCSB komandalarının oyunu ilə başlayıb.
Qonaqlar Mikuleskunun 13-cü dəqiqədə vurduğu yeganə qolla qalib gəliblər 0:1.
Digər oyunda Fransanın “Lill” klubu Norveç “Brann”ını sınağa çəkib.
Görüş Fransa təmsilçisinin 2:1 hesablı qələbəsi ilə qurtarıb.
Topları meydan sahiblərindən İqamane (54) və Jiru (80) vurublar. Qonaqların qolunun müəllifi Maqnussondur (60).